Göygöldə top mərmisi tapılıb

Göygöldə top mərmisi tapılıb Martın 4-ü saat 12:59-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Gəncə-Şəmkir yolu ərazisində yerləşən “Banu” mebel evinin yaxınlığında təmizlik işləri aparılarkən köhnə partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.
Hadisə
141
4 Mart , 2020 19:14
Göygöldə top mərmisi tapılıb

Martın 4-ü saat 12:59-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Gəncə-Şəmkir yolu ərazisində yerləşən “Banu” mebel evinin yaxınlığında təmizlik işləri aparılarkən köhnə partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Göygöl Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (OF-416) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi