Göygöldə sərxoş sürücü avtomobilini aşırdı

Göygöldə sərxoş sürücü avtomobilini aşırdı Göygöl rayonunda “VAZ-21021” markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə
15 May , 2021 22:04
Göygöldə sərxoş sürücü avtomobilini aşırdı

Göygöl rayonunda “VAZ-21021” markalı avtomobil yoldan çıxaraq aşıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl rayonunun girişində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21021” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafidir.

Sürücünün sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi