Göygöldə qoca kişini cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Göygöldə qoca kişini cərəyan vuraraq öldürüb - YENİLƏNİB Göygöl. 23 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən qoca kişinin adı məlum olub.
Hadisə
23 Oktyabr , 2018 22:14
Göygöldə qoca kişini cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Göygöl. 23 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən qoca kişinin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayonun Mollacəlili kənd sakini, 1939-cu il təvəllüdlü Xanlar Bayramovdur. Onun meyiti muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tİbbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. 


*** 13:39

Göygöl. 23 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlilli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan qoca kişini elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılılb. 

Bundan əvvəl Göygöl rayonunda mebel sexində yanğın baş verib.

Son xəbərlər

Orphus sistemi