Göygöldə qaydaları pozan 30-dan çox sürücü məsuliyyətə cəlb olunub

Göygöldə qaydaları pozan 30-dan çox sürücü məsuliyyətə cəlb olunub Göygöl rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Hadisə
12 Sentyabr , 2021 00:18
Göygöldə qaydaları pozan 30-dan çox sürücü məsuliyyətə cəlb olunub

Göygöl rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 32 sürücü barəsində inzibati protokollar tərtib olunub

Son xəbərlər

Orphus sistemi