Göygöl. 24 mart. REPORT.AZ/ Göygöl rayonunda qohumlar arasında torpaq üstündə dava olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Topalhəsənli kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Vilət Müslüm oğlu baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə o, torpaq üstə düşən dava zamanı qardaşı Faiq Məmmədov tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.