Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report"a
Belə ki, yanvarın 8-də saat 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Samux rayon sakini M.İsgəndərov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov saxlanılıb.