​Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

​Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib Rayon ərazisində “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub
Hadisə
7 Mart , 2015 23:05
​Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 7 mart. REPORT.AZ/ Göygöl rayonu ərazisində “VAZ” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi