Göygöl rayonunda narkotik satan və alan şəxslər saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2 ədəd kağız bükümdə ümumi çəkisi 0.111 qram kustar üsulla hazırlanan psixotrop maddə hesab olunan “metamfetamin” və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.791 qram kustar üsulla hazırlanan heroin aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı M.Məmmədov narkotik vasitələri satmaq məqsədi Rəşad adlı Gəncə şəhər sakinindən aldığını bildirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov Gəncə şəhərində saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 4 ədəd sellofan bükümdə ümumi çəkisi 3.458 qram vasitə olan heroin aşkar olunub. R.Hüseynova məxsus NİVA markalı avtomobildən isə ümumilikdə 299 ədəd müxtəlif adda narkotik vasitə hesab edilən dərman həbləri, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.822 qram narkotik vasitə olan heroin və 3 ədəd sellofan bükümdə ümumi çəkisi 1.168 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.







