Göygöldə mübahisə edən şəxslərdən biri digərini avtomobillə vurub

Göygöldə mübahisə edən şəxslərdən biri digərini avtomobillə vurub Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
25 İyun , 2017 22:02
Göygöldə mübahisə edən şəxslərdən biri digərini avtomobillə vurub

Göygöl. 25 iyun. REPORT.AZ/ Göygöl rayonunda mübahisə edən şəxslərdən biri digərini avtomobillə vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Topalhəsənli kəndində iki avtomobil toqquşub. 

Hadisə yerinə gələn sürücülərdən birinin atası, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğlu oğlunun maşınını vuran digər sürücü ilə mübahisə edib. Bu zaman həmin sürücü idarə etdiyi avtomobili onun üzərinə sürərək Z.Tağıyevi vurub. 

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi