Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan var 

Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan var  Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Hadisə
19 İyun , 2021 18:16
Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan var 

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-21015" markalı minik avtomobili və "Ford" markalı kiçik tutumlu yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü,Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Çapay oğlu Nağdaliyev xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi