Göygöldə mikroavtobus aşıb, sürücü xəsarət alıb

Göygöldə mikroavtobus aşıb, sürücü xəsarət alıb Göygöl rayonunun Topalhəsənli kəndi yolunda mikroavtobus aşıb.
Hadisə
16 İyun , 2019 21:02
Göygöldə mikroavtobus aşıb, sürücü xəsarət alıb

Göygöl rayonunun Topalhəsənli kəndi yolunda mikroavtobus aşıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində nəqliyyat vasitəsinin 2000-ci il təvəllüdlü sürücüsü Qələndər İbrahimov xəsarət alıb.

Qəzadan əvvəl mikroavtobusda nasazlıq yaranıb. Sərnişinlər maşını tərk etdikdən sonra sürücü maşını arxaya vermək istəyib, lakin bu zaman nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi