Göygöldə meşə zolağında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Göygöldə meşə zolağında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Göygöl rayon ərazisində olan meşəlikdə baş vermiş yanğın söndürülüb.
Hadisə
21 Avqust , 2019 21:30
Göygöldə meşə zolağında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Report

Göygöl rayon ərazisində olan meşəlikdə baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ümümi sahəsi 2 hektardan çox meşəliyin 0.5 hektara yaxın ərazisini əhatə edən yanğın söndürülüb və yanğının meşəlik əraziyə tam keçməsinin qarşısı alınıb. Yanğın zamanı iri və xırda gövlədi ağaclar və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, hazırda ərazidə tüstülənmə olsa da yanğının qarşısı alınıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin 2 və kömək məqsədilə isə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 1, Gəncə bölməsindən isə (Hacıkənd qəsəbəsi) 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Əraziyə yaxın heç bir yaşayış massivi yoxdur və hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.


20:35***

Göygöl rayon ərazisində meşəlik ərazidə yanğın baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin 2, Gəncə şəhər Hacıkənd qəsəbəsindən isə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 

Hazırda, təxminən, 2 hektardan çox ərazisi olan meşədə baş verən yanğının qarşısını almaq üçün işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi