Göygöldə mebel sexi yanıb

Göygöldə mebel sexi yanıb Göygöl. 23 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda mebel sexində yanğın baş verib.
Hadisə
23 Oktyabr , 2018 20:58
Göygöldə mebel sexi yanıb

Göygöl. 23 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda mebel sexində yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, yol kənarında yerləşən mebel sexlərinin birində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə yanaşı, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən də 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200 kvadratmetr sahəsi olan mebel sexinin dam örtüyü və içərisindəki bir çox əşyalar tamamilə yanıb. Yaxınlıqda yerləşən mebel mağazası isə yanğından mühafizə edilib. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi