Göygöldə mağazalardan 12 min manatlıq oğurluq edilib

Göygöldə mağazalardan 12 min manatlıq oğurluq edilib Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
Hadisə
10 Yanvar , 2022 13:39
Göygöldə mağazalardan 12 min manatlıq oğurluq edilib

Göygöl rayonunda mağazalardan 12 min manatlıq oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək qeyri qanuni yola daxil olaraq oradan ümumilikdə 12 000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi