Göygöldə həmkəndlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Göygöldə həmkəndlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib Göygöl rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Kazım Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Oktyabr , 2019 12:54
Göygöldə həmkəndlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Göygöl rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Kazım Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında rayonun Çaykənd kəndində baş verib. 1963-cü il təvəllüdlü Kərimov Əlirza Bahadur oğlu həmkəndlisi Məhərrəmov Kazım Həmid oğlu ilə mübahisə edib. Mübahisə zəminində K.Məhərrəmov Ə.Kərimovu bıçaqlayıb.

Kazım Məhərrəmova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi