Göygöldə fəhlələri daşıyan avtomobilin aşması nəticəsində ölən və yaralananların adları məlum olub - YENİLƏNİB

Göygöldə fəhlələri daşıyan avtomobilin aşması nəticəsində ölən və yaralananların adları məlum olub - YENİLƏNİB Göygöl. 6 oktyabr. REPORT.AZ/ Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.
Hadisə
310
6 Oktyabr , 2018 11:08
Göygöldə fəhlələri daşıyan avtomobilin aşması nəticəsində ölən və yaralananların adları məlum olub - YENİLƏNİB

Göygöl. 6 oktyabr. REPORT.AZ/ Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində, Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb. 

Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb. 

Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşının sürücüsü isə xəsarət almayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


*** 09:21

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi