Göygöldə evə silahlı basqın edən maskalılar saxlanıldı

Göygöldə evə silahlı basqın edən maskalılar saxlanıldı Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisə
5361
22 Oktyabr , 2020 10:36
Göygöldə evə silahlı basqın edən maskalılar saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus evə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən, ev sakinlərinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə sentyabr ayının 26-sı səhər saatlarında rayonun Qızılqaya qəsəbə sakini Fikrət Əliyev RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və yoldaşı - İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra 600 manat nəğd pul, bir ədəd mobil telefon və digər əşyaları götürüb qaçdıqlarını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum olunmuş Həmid AbdullayevAzər Səmədov olduqları müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirərək hadisənin törədilməsində istifadə olunan 1 ədəd tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi