Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb - FOTO

Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb - FOTO Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
31 Oktyabr , 2017 16:31
Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb - FOTO
Report

Göygöl. 31 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda yerli sakinin evindən oğurluq edən şəxslər saxlanılıb. 

Bu barədə “Report”un Qərb bürosuna DİN Mətbuat midmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Belə ki, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzildən oğurluq edən şəxslər tutulub.

Rayonun Üçtəpə kənd sakini olan qadın polisə müraciət edərək ona məxsus evdən üçüncü dəfə oğurluq olunduğunu bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. RPŞ-də dindirilmə zamanı Üçtəpə kənd sakinləri Səxavət Zeynalov və Elvin Hüseynov etiraf ediblər ki, evdən ümumilikdə 1822 manat pul oğurlayıbar. Saxlanılan şəxslər pulu bölüşərək xərclədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi