Göygöldə evdən oğurluq edən dəstə saxlanıldı

Göygöldə evdən oğurluq edən dəstə saxlanıldı Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
21 Fevral , 2020 13:36
Göygöldə evdən oğurluq edən dəstə saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. 

E.Məmmədov, X.Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə.İsmayılovun yerinin müəyyənləşdirilərək istintaqa təqdim olunması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi