Göygöldə doğuşdan iki gün sonra keçinən qadının ölüm səbəbi məlum olub

Göygöldə doğuşdan iki gün sonra keçinən qadının ölüm səbəbi məlum olub Ölüm hadisəsi ağ ciyər arteriyasının tromboemboliyası səbəbindən baş verib
Hadisə
18 Mart , 2018 00:37
Göygöldə doğuşdan iki gün sonra keçinən qadının ölüm səbəbi məlum olub

Göygöl. 18 mart. REPORT.AZ/ Göygöl rayonunda qeysəriyyə əməliyyatından 2 gün sonra dünyasını dəyişən qadının ölüm səbəbi açıqlanıb.

"Report"un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, buna ağ ciyər arteriyasının tromboemboliyası səbəb olub.

Rayonun Şəhriyar kənd sakini olan 42 yaşlı Abdullayeva Ofeliya Cəlal qızı 22 ildən sonra 3-cü oğlan uşağını dünyaya gətirib. Uşaq martın 15-i səhər saatlarında qeysəriyyə yolu ilə doğulub. Martın 17-də qadının halı pisləşib və o, axşam saat 17:00 radələrində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədə qadına tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Üç uşaq anası şöbəyə yerləşdirildikdən 3 saat sonra dünyasını dəyişib. Yeni doğulan körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir.

O.Abdullayevanın ilk oğlunun 24, ikinci oğlunun isə 22 yaşı var və bu onun ilk qeysəriyyə əməliyyatı olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi