Göygöldə bir ailənin 7 üzvü yol qəzasına düşüb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB-2 - SİYAHI

Göygöldə bir ailənin 7 üzvü yol qəzasına düşüb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB-2 - SİYAHI Faktla bağlı araşdırma aparılır
Hadisə
10 İyul , 2018 15:06
Göygöldə bir ailənin 7 üzvü yol qəzasına düşüb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB-2 - SİYAHI
0 : 00
0 : 00

Göygöl. 10 iyul. REPORT/ Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlər:

Fuad Aydınzadə (1988), Bənövşə Aydınzadə (1963), Nuray Aydınzadə (7 aylıq).

Yaralılar:

Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008), Aydınzadə Zəhra (2011).


***14:41

Göygöl. 10 iyul. REPORT/ Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 


***12:26

Göygöl. 10 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayonunun Quşqara kəndi ərazisində "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yolayrıcındakı dəmir maneəyə çırpılıb. Qəza zamanı bir qadın və bir uşaq ölüb. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi