Göygöldə qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhərində 20 yaşlı Cavidan Məmmədova 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirməkdə şübhəli bilinən, 1997-ci il təvəllüdlü Cəlal Apiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
08:39
Göygöl rayonunda gənc bıçaq xəsarətindən ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhərində 20 yaşlı Cavidan Məmmədov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və orada dünyasını dəyişib.
İlkin məlumatlara görə, o mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırmalara başlanılıb.