Göygöldə betonqarışdıran maşın 2 minik avtomobilinin üstündən keçib, yaralılar var - YENİLƏNİB

Göygöldə betonqarışdıran maşın 2 minik avtomobilinin üstündən keçib, yaralılar var - YENİLƏNİB ​Faktla bğalı araşdrımalara başlanılıb
Hadisə
17 Dekabr , 2018 14:23
Göygöldə betonqarışdıran maşın 2 minik avtomobilinin üstündən keçib, yaralılar var - YENİLƏNİB
0 : 00
0 : 00

Göygöl. 17 dekabr. REPORT.AZ/ Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Elçin Vahid oğlu Əliyev idarə etdiyi bettonqarışdıran maşınla hərəkətdə olan zamanı idarəetmədən çıxaraq qarşı tərəfdən gələn "VAZ-2107" və "Ford" markalı avtomobillərin üstündən keçib. 

Hadisə zamanı hər iki minik maşınının sürücüsü və avtomobillərdə olan sərnişinlər - Göygöl rayon sakinləri, 1991-ci il təvəllüdlü Asim Məhəmməd oğlu Kəlbiyev, 1989-cu il təvəllüdlü İlkin Mustafa oğlu Əlizadə və 1967-ci il təvəllüdlü Rəhim Hikmət oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bğalı araşdrımalara başlanılıb. 


*** 12:26

Göygöl. 17 dekabr. REPORT.AZ/ Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb. 

Belə ki, betonqarışdıran maşını 2 minik avtomobilinin üstündən keçib. Hadisə nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatıdırlıblar. 

Qəzanın baş verməsinin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi