Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
30 May , 2022 20:41
Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Göygöl rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobillin aşması nəticəsində, 1985-ci il təvəllüdlü V.Cəfərov, 1974-cü il təvəllüdlü T.Qocayev və 1985-ci il təvəllüdlü R.Mamedov xəsarət alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

19:38

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi