Göygöldə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Göygöldə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Bakı-Qazax avtomobil yolunda baş verən qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
12 Yanvar , 2020 23:45
Göygöldə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub  - YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunda baş verən qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində (Şəmkir rayonuna yaxın ərazidə-red) baş vermiş avtomobil qəzasında xəsarət alanlar 1992-ci il təvəllüdlü Ruslan İsfəndiyarlı, onun qardaşı və daha bir nəfər xəsarət alıb. Onlardan R.İsfəndiyarlının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya yolda olan itin cəsədi səbəb olub. Belə ki, sürücü idarəetməni itirib və qarşıdan gələn digər avtomobilə toqquşub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


***22:39

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Qeyd edilir ki, onların arasında vəziyyəti ağır olan var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi