Göygöl. 27 avqust.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. İlkin məlumatlara görə, "VAZ-2107" markalı avtomobilə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - sürücü və qadın sərnişinlə onun övladı xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.