Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu - YENİLƏNİB-2

Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu - YENİLƏNİB-2 Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.
Hadisə
23 iyun 2020 18:39
Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu - YENİLƏNİB-2

Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı sürücünün həyat yoldaşı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı həlak olub. 

Qəza zamanı habelə Namazova Gülnaz Məsim qızı, 1988-ci il təvəllüdlü Novruzov Elməddin Razim oğlu, onun qaynanası, habelə 1987-ci i il təvəllüdlü Gəncə şəhər sakini Namazova Turanə Fazil qızı xəsarət alıblar.

Onlar Goranboy rayonunun Ağamalıoğlu kənd sakinləridir. 

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


***21:41

Göygöl rayonunda yol qəzasına düşənlər bir ailənin üzvləridir. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar arasında azyaşlılar da var. 

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


***20:50

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi