Göygöldə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

Göygöldə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
6 Sentyabr , 2021 23:02
Göygöldə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Bilal İsgəndərovdur.

Qeyd edək ki, hadisə Aşıqlı kəndində qeydə alınıb. "Pajero" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən B.İsgəndərovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

22:31

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşıqlı kəndində qeydə alınıb.

"Pajero" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi