Göygöl rayonunda avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində xəsarət alanların kimliyi bilinib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Göygöl rayon Yeni Qızılca kənd sakini, Xeyirbəy İsmayılov və onun oğlu, 2006-cı il təvəllüdlü Elxan İsmayılovdur.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlardan E.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Göygöl rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" deyilən ərazinin yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.