Göygöldə at yeniyetməyə ağır xəsarət yetirib

Göygöldə at yeniyetməyə ağır xəsarət yetirib Göygöl rayonunun Aşıqlı kəndində 15 yaşlı oğlan ehtiyatsızlıqdan xəsarət alıb.
Hadisə
12 iyun 2019 12:40
Göygöldə at yeniyetməyə ağır xəsarət yetirib

Göygöl rayonunun Aşıqlı kəndində 15 yaşlı oğlan ehtiyatsızlıqdan xəsarət alıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd sakini, 15 yaşlı Zülfüqar Zeynalov qonşusu ilə birgə dalaşan atları ayırmaq istəyən zaman atlardan biri təpiklə onu vurub.

Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun dalağının zədələndiyi məlum olub və əməliyyat edilib.

Hazırda onun vəziyyətinin kafi və həyatı təhlükəsi olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi