Göygöldə ağır yol qəzası olub, xəsarət alanlar var

Göygöldə ağır yol qəzası olub, xəsarət alanlar var Göygöl. 3 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 oktyabr 2018 12:22
Göygöldə ağır yol qəzası olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Göygöl. 3 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” və “VAZ 2121” (Niva) markalı minik avtomobillərinin toqquşması nəticəsində Hacıməlik kənd sakinləri - 1948-ci il təvəllüdlü Allahverdiyeva Zülfinaz, 1979-cu il təvəllüdlü Allahverdiyeva Aygün və 1956-cı il təvəllüdlü Ağayeva Nailə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi