Yuxarı

​Göygöldə 53 yaşlı piyadanı maşın vurub

Hazırda xəstənin vəziyyəti normaldır

Bakı. 22 Avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Mollacəlili kənd sakini 1962-ci il təvəllüdlü Quliyev Ayaz Vəli oğlu yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Zərəçəkmiş yaxınlıqdakı insanların köməkliyi ilə dərhal Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti normal qiymətləndirilir.

Göygöl rayon Polis şöbəsinin əməkdaşları 53 yaşlı kişini vuraraq hadisə yerindən qaçan avtomobilin axtarışlarını davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi