Göygöl. 29 iyun. REPORT.AZ/ Göygöl rayonunda orta yaşlı kişi intihar edib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib.
Belə ki, həmin kəndin sakini,1981-ci il təvəllüdlü Adil Əvəz oğlu Qəmbərov yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.