Göygöldə 29 yaşlı qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Göygöldə 29 yaşlı qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib Aygün Yüsibova ağır vəziyyətdə xəstəxana yerləşdirilib
Hadisə
17 Oktyabr , 2017 08:24
Göygöldə 29 yaşlı qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Göygöl. 17 oktyabr. REPORT.AZ/ Göygöl rayon sakininin ayağı sınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1988-ci il Aygün Yüsibova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Sağ ayağı sınan və müxtəlif bədən xəsarəti alan qadının yaxınları onun yıxıldığını bildirsələr də, polis hadisənin avtomobil qəzası olduğunu güman edir və bununla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi