​Göygöldə 22 yaşlı oğlanı ilan sancıb

​Göygöldə 22 yaşlı oğlanı ilan sancıb Hadisə yerli sakinin həyətində baş verib
Hadisə
1261
8 Avqust , 2016 00:57
​Göygöldə 22 yaşlı oğlanı ilan sancıb

Göygöl. 8 avqust. REPORT.AZ/ Göygöl rayonunda ilan sancması hadisəsi baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, rayonun Üçtəpə kənd sakini, 1994-cü il təvəllüdlü Əmrah İsgəndərov sol ayağından ilan sancma diaqnozu ilə xəstəxanaya gətirilib.

O dərhal tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, onu yaşadığı evin həyətində gəzən zaman ilan sancıb.

Son xəbərlər

Orphus sistemi