Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var Göygöl rayon Yeni Qızılca kənd ərazisində yol-nəqliyyat hadisəsi olub
Hadisə
13 Fevral , 2021 08:52
Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hüseyn Həsənov və 1996-cı il təvəllüdlü Vüqar Əhmədov xəsarət alıblar. Hər iki şəxsə hadisə yerindəcə ambulator yardım göstərilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi