Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var Göygöl rayonunda 2 avtomobil toqquşub, onlardan biri alışıb
Hadisə
7 Sentyabr , 2020 14:19
Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda iki avtomobil toqquşub, onlardan biri alışıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

Belə ki, "Niva" və "VAZ-2102" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri - Qəbələ rayon sakini, 1999-cu il təvəllüdlü Semran Əlimirzə oğlu Zeynalovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi