Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var

Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır
Hadisə
27 Mart , 2021 16:26
Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində bir nəfər, 52 yaşlı Mədət Əhmədov xəsarət alıb. O, Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi