Göygöl sakinindən tapança, Salyan sakinindən ov tüfəngi götürülüb

Göygöl sakinindən tapança, Salyan sakinindən ov tüfəngi götürülüb Bakı. 6 sentyabr. REPORT.AZ/ Göygöl rayon sakinindən tapança, Salyan rayon sakinindən isə ov tüfəngi götürülüb.
Hadisə
6 sentyabr 2018 09:19
Göygöl sakinindən tapança, Salyan sakinindən ov tüfəngi götürülüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Göygöl rayon sakinindən tapança, Salyan rayon sakinindən isə ov tüfəngi götürülüb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, narkotik vasitə ilə tutulmuş Arif Allahverdiyevin evinə Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən baxış zamanı kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb.

Bundan əlavə, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Seyidsadıqlı kənd sakini Məmmədtağı Tağıyevin evinə baxış zamanı müvafiq sənədi olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi