Göygöl sakini minik maşını ilə qəzaya uğrayıb

Göygöl sakini minik maşını ilə qəzaya uğrayıb Xəsarət alan sürücü əməliyyat olunub
Hadisə
11 Noyabr , 2016 23:05
Göygöl sakini minik maşını ilə qəzaya uğrayıb

Göygöl. 11 noyabr. REPORT.AZ/ Axşam saatlarında Göygöl rayonunun Xaqani kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü kənd sakini Nəbiyev Elnur Cavid oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın qəzaya uğrayıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi