Göygöl sakini iş yoldaşı tərəfindən döyülüb

Göygöl sakini iş yoldaşı tərəfindən döyülüb Göygöl. 12 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda 48 yaşlı kişi iş yoldaşı tərəfindən döyülüb.
Hadisə
12 Sentyabr , 2018 17:48
Göygöl sakini iş yoldaşı tərəfindən döyülüb

Göygöl. 12 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda 48 yaşlı kişi iş yoldaşı tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Gəncə qəsəbəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Akif Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir. A.Abbasovun hələlik adı məlum olmayan iş yoldaşı tərəfindən döyüldüyü bildirlir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi