Göygöl sakini intihara cəhd edib

Göygöl sakini intihara cəhd edib Cəlil Namazov sirkə turşusu içib
Hadisə
1 Mart , 2017 02:29
Göygöl sakini intihara cəhd edib

Göygöl. 1 mart. REPORT.AZ/ Göygöl rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1977-ci il təvəllüdlü Namazov Cəlil Əvəz oğlu  yaşadığı evdə sirkə turşusu içərək intihar etmək istəyib.

O, dərhal yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və C.Namazova həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən C.Namazovun vəziyyətinin ağır olduğu bildirilir. 

Onun nə üçün intihara cəhd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi