Göygöl rayonunda yeniyetmə oğlan bıçaqlanıb

Göygöl rayonunda yeniyetmə oğlan bıçaqlanıb Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil
Hadisə
29 Mart , 2018 00:32
Göygöl rayonunda yeniyetmə oğlan bıçaqlanıb

Göygöl. 29 mart. REPORT.AZ/ Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2003-cu il təvəllüdlü Gəncə şəhər sakini Mobil İbrahimov mübahisə zəminində üz nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi