Göygöl rayonunda iki yaşayış evi yanıb

Göygöl rayonunda iki yaşayış evi yanıb Evlərin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
7 Avqust , 2016 17:54
Göygöl rayonunda iki yaşayış evi yanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Göygöl rayonunda iki ev yanıb.

"Report" Qərb bürosu xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 86 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 560 m2 olan 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 6 m2 sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi