Göygöl rayonu ərazisində top mərmisi tapılıb

Göygöl rayonu ərazisində top mərmisi tapılıb Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 3-də Göygöl rayonunun Dozular kəndi ərazisində mərmi tapılıb.
Hadisə
4 Yanvar , 2019 04:39
Göygöl rayonu ərazisində top mərmisi tapılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 3-də Göygöl rayonunun Dozular kəndi ərazisində mərmi tapılıb.

“Report” xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsin baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi