Yuxarı

Göyçayda yolu keçən iki qadını avtomobil vurub

Göyçayda yolu keçən iki qadını avtomobil vurub

Göyçay rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri - 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova və 2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ətrafdakıların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi