Göyçayda yolu keçən iki qadını avtomobil vurub - YENİLƏNİB

Göyçayda yolu keçən iki qadını avtomobil vurub - YENİLƏNİB Göyçay rayonunda baş verən yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan piyadaların adları məlum olub.
Hadisə
25 Mart , 2019 15:03
Göyçayda yolu keçən iki qadını avtomobil vurub - YENİLƏNİB

Göyçay rayonunda baş verən yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan piyadaların adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakinləri - 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 14:31

Göyçay rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri iki qadını vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən

Son xəbərlər

Orphus sistemi