Göyçayda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, Göyçay rayonunun Mallı-Şıxlı kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğludur.
Onun qardaşı, 1989-cu il təvəllüdlü İsmayılzadə Pərviz Nizami oğlu isə ağır xəsarət alıb. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.
***19:40
Göyçay rayonunda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun üçüncü kilometrliyində qeydə alınıb.
Belə ki, "QAZel" markalı yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


