Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 2-ci kilometrliyində, Qaraməryam kəndi ərazisində baş verib.
İsmayıllı rayonu istiqamətində hərəkətdə olan VAZ- 2107 markalı minik avtomobili qarşı tərəfdən gələn VAZ-2106 markalı avtomobillə toqquşub. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıĺıb.
Faktla bağlı araşdırma aparılır.