Göyçayda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Göyçayda yol qəzası olub, 4 nəfər xəsarət alıb Göyçay rayonunda ağır yo­l-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 İyul , 2021 11:11
Göyçayda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Göyçay rayonunda ağır yo­l-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində, Yuxarı Şi­rvan kanalı üzərində­ki körpünün üstündə qeydə alınıb.

Belə ki, 23-BX-­956 dövlət nömrə niş­anlı "VAZ-2106" və 10-BZ-188 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtom­obillərinin toqquşma­sı nəticəsində 4 nəf­ər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxa­nasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi